...

Bakıda bu ilin ən böyük təhsil sərgisi keçirilir

Cəmiyyət Materials 9 Aprel 2011 14:13 (UTC +04:00)
Şənbə günü Bakıda bu ilin ən böyük təhsil sərgisi keçirilir.
Bakıda bu ilin ən böyük təhsil sərgisi keçirilir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Şənbə günü Bakıda bu ilin ən böyük təhsil sərgisi keçirilir.

Sərgidə 12 ölkənin 70-ə yaxın ali məktəbi və təhsil kursları iştirak edir. Sərgidə daha çox Türkiyə, Şimali Kipr, Böyük Britaniyanın ali məktəbləri təmsil olunub.

Tələbələrə dil kurslarından tutmuş MBA da daxil olmaqla biznes proqramlara qədər təhsil xidmətlərinin geniş spektri təklif olunur. Sərgidə iştirak edən ali məktəb müəssisələrinin nümayəndələri iştirakçıları ölkənin təhsil sistemi, ali məktəblərə daxil olmaq üçün tələblər, təhsil haqqı barədə məlumatlandırırlar.

"Hyatt Regency" otelində saat 18:00-dək işləyəcək sərgi Türkiyənin "Akare International Education Fairs" şirkətinin dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti