Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan yol polisi üçün yeni avtomobillər gətiriləcək.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, yaxın günlərdə yol polisi üçün BMV markalı avtomobillər gətiriləcək.
Əliyev gətiriləcək avtomobillərin sayı barədə məlumat verməyib.
Şöbə rəisi bildirib ki, həmin avtomobillərdə də POS-terminallar və elektron məlumat bazası yerləşdiriləcək.
Azərbaycan yol polisi üçün yeni avtomobillər gətiriləcək
Azərbaycan yol polisi üçün yeni avtomobillər gətiriləcək.
