...

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası I rübdəki fəaliyyətinin yekunlarını müzakirə edib

Cəmiyyət Materials 12 Aprel 2011 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası I rübdəki fəaliyyətinin yekunlarını müzakirə edib. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.İclası açan Şura sədri Azay Quliyev gündəlikdə Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunlarının, sərbəst vəsaitin xərclənməsinin və cari məsələlərin müzakirə ediləcəyini bildirib.

İclasda qeyd edilib ki, rüb ərzində Şura QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə yardımı dəstəyi verməkdə davam edib, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə yeni töhfələr verib.

Sərbəst vəsaitin xərclənməsi müzakirələrində Şuraya daxil olmuş layihə təkliflərinə baxılıb və onların hər biri haqqında konkret qərarlar qəbul edilib. Həmçinin, yeni maliyyə yardımı müsabiqəsinin elan olunması barədə müzakirələr aparılıb.

Cari məsələlərin müzakirəsində isə QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatların vəziyyəti ilə bağlı qeyd edilib ki, gələcəkdə hesabat formalarının sadələşdirilməsi, hesabat məbləğlərinin diferensiallaşdırılması, eləcə də elektron hesabatvermə prosedurlarının asanlaşdırılması üzrə xüsusi kompyuter proqramının yaradılması üçün təkliflər hazırlansın.

Xəbər lenti

Xəbər lenti