...

Rail Rzayevin qətli ilə bağlı cinayət işinin açılmaması dövləti narahat edir - Baş prokuror

Cəmiyyət Materials 15 Aprel 2011 12:34 (UTC +04:00)
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı cinayət işinin açılmaması dövləti və müvafiq qurumları ciddi narahat edir.
Rail Rzayevin qətli ilə bağlı cinayət işinin açılmaması dövləti narahat edir - Baş prokuror

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı cinayət işinin açılmaması dövləti və müvafiq qurumları ciddi narahat edir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Baş prokuror Zakir Qaralov bildirib.

"Həmin işin açılmaması o demək deyil ki, hüquq-mühafizə orqanları bu istiqamətdə tədbirlər həyata keçirmir. Bu işlə bağlı tərəfimizdən bütün tədbirlər görülüb və əminəm ki, görülən tədbirlər öz nəticəsini verəcək", - Qaralov deyib.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti