Azərbaycan, Bakı, 17 aprel /Trend/
Azərbaycan ərazisində sabah hava şəraiti əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindan bazar günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında aprelin 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı vardır.
Bakıda gecə 6-8°, gündüz 13-15° isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 17-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Azərbaycan ərazisində sabah hava şəraiti əsasən yağmursuz keçəcək
Azərbaycan ərazisində sabah hava şəraiti əsasən yağmursuz keçəcək
