...

Azərbaycanda ceyranlar iyun ayından tarixi məskənlərinə köçürüləcəklər

Cəmiyyət Materials 21 Aprel 2011 12:23 (UTC +04:00)
Azərbaycanda ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi iyun ayından etibarən davam etdiriləcək.
Azərbaycanda ceyranlar iyun ayından tarixi məskənlərinə köçürüləcəklər

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi iyun ayından etibarən davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ceyranların köçürülməsi "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində aparılır.

Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə buraxılmış ilk ceyran sürüsünün hərəkətləri barədə peyk vasitəsilə gündə bir neçə dəfə məlumat alınır. Məlumatlar ceyranların boyunlarına bağlanmış xüsusi siqnalötürücü xalta vasitəsilə ötürülür.

Hərəkət istiqamətlərindən asılı olaraq, ceyranların quru ot və su ilə təminatı həyata keçirilir.

Ərazidə fəaliyyət göstərən fermer və çobanlardan ceyranların həyatı üçün təhlükə törədə biləcək hər hansı fəaliyyətdən çəkinmələrinə dair iltizamlar alınıb.

Xəbər lenti

Xəbər lenti