...

Azərbaycan Teleradio Şurası telekanallarda milli-mənəvi dəyərlərə zidd verilişlərin yayımlanmasından narahatdır

Cəmiyyət Materials 21 Aprel 2011 14:46 (UTC +04:00)
Televiziyaların milli-mənəvi dəyərlərə təsiri böyükdür. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva deyib.
Azərbaycan Teleradio Şurası telekanallarda milli-mənəvi dəyərlərə zidd  verilişlərin yayımlanmasından narahatdır

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Televiziyaların milli-mənəvi dəyərlərə təsiri böyükdür. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva deyib.

Vəliyeva telekanallarda milli-mənəvi dəyərlərə zidd olan verilişlərin və serialların yayımlanmasından narahatlığını bildirib. O deyib ki, Şura bu qəbildən olan verilişlərin yayımına qadağa qoymaq səlahiyyətinə malik olmadığından, televiziyalara bu məsələ ilə bağlı yalnız tövsiyələr verir.

MTRŞ üzvünün sözlərinə görə, Şuraya bu qəbildən olan verilişlərin yayımlanmasına etirazla bağlı çoxsaylı müraciətlər daxil olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bununla bağlı bir neçə dəfə Komitə tərəfindən Şuraya müraciət edildiyini bildirib.

O, telekanallarda yayımlanan serialların keyfiyyətinin çox aşağı olduğunu, bu filmlərin çox baha qiymətə alındığını qeyd edərək, televiziyalara həmin vəsaitlə Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun filmlər çəkməyi tövsiyə edib.

Komitə sədrinin fikrincə, milli-mənəvi dəyərlərə zidd olan verilişlərin və serialların mənfi təsiri yaxın 5 il ərzində müşahidə ediləcək.

Xəbər lenti

Xəbər lenti