...

Azərbaycanın Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzası çıxarılacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Aprel 2011 13:44 (UTC +04:00)
Azərbaycanın Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzası çıxarılacaq.
Azərbaycanın Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzası çıxarılacaq (ƏLAVƏ OLUNUB)

Beşinci abzas əlavə olunub (ilk xəbər 12:59-da yayılıb)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzası çıxarılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə axşamı keçirilən iclasında "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

İclasda çıxış edən komitə sədri Əli Hüseynli bildirib ki, azadlığın məhdudlaşdırılması cəzası formal cəza növüdür. Onun icrası bəzi hallarda məhkumla cəzanı icra edən müəssisə rəhbərliyi arasında qeyri-sağlam münasibətin yaranmasına səbəb olur.

Hüseynlinin fikrincə, məhkumun islah olmasında effekt verməyən cəzadan imtina edilməlidir.

Qanun qəbul olunduqdan sonra azadlığın məhdudlaşdırılması cəzası islah işləri və cərimə cəzaları ilə əvəz ediləcək. Eyni zamanda, məhkəmələr hazırda azadlıqları məhdudlaşdırılmış məhkumların işinə məhkumun müraciəti və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaqlar.

Ümumilikdə, Cinayət Məcəlləsinin 101 maddədə dəyişiklik ediləcək.

Qanun layihəsi Milli Məclisin iclasında müzakirə olunmaq üçün tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti