...

Azərbaycanda pornoqrafik materialları qanunsuz yayma cinayəti ilə bağlı cəza sərtləşdiriləcək

Cəmiyyət Materials 28 Aprel 2011 17:04 (UTC +04:00)
Trend-in məlumatına görə, "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsində məcəllənin pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma adlanan 242-ci maddəsinin sanksiyasının dəyişdirilməsi təklif olunur.
Azərbaycanda pornoqrafik materialları qanunsuz yayma cinayəti ilə bağlı cəza sərtləşdiriləcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayəti ilə bağlı cəza sərtləşdiriləcək.

Trend-in məlumatına görə, "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsində məcəllənin pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma adlanan 242-ci maddəsinin sanksiyasının dəyişdirilməsi təklif olunur.

Layihədə qeyd olunur ki, bu cinayəti törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırda qüvvədə olan qanunvericilikdə bu cinayətə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri cəzası nəzərdə tutulub.

Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma dedikdə, həmin materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalarla qanunsuz ticarət başa düşülür.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq Milli Məclisin iclasında müzakirə üçün təqdim olunub.

Xəbər lenti

Xəbər lenti