...

Azərbaycanda ali məktəb tələbələri arasında informatika üzrə I Beynəlxalq Olimpiada keçiriləcək

Cəmiyyət Materials 3 May 2011 18:13 (UTC +04:00)
Tədbirə Belarus, Qazaxıstan, Latviya, Özbəkistan, Estoniya, Qırğızıstan, Ukrayna və Gürcüstandan 33 tələbə qatılır.
Azərbaycanda ali məktəb tələbələri arasında informatika üzrə I  Beynəlxalq Olimpiada keçiriləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20-ci ildönümü və BMT tərəfindən elan olunmuş Beynəlxalq Gənclər İli çərçivəsində 2011-ci il Şərqi Avropa və MDB ali məktəb tələbələri arasında informatika üzrə I Beynəlxalq Olimpiada 4 may tarixində başlayacaq. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən bildirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd tələbələrdə elmi bilik və fəaliyyətə marağın artması, elmi cəmiyyət, dərnək, xüsusi kursların fəaliyyətinin artırılması zəminində həvəsləndirmə, xüsusi istedadlı tələbələrin aşkarlanması üçün şəraitin yaradılması və onların kollektivdə işləmək bacarıqlarının artırılmasıdır.

Tədbirə Belarus, Qazaxıstan, Latviya, Özbəkistan, Estoniya, Qırğızıstan, Ukrayna və Gürcüstandan 33 tələbə qatılır.

Azərbaycan bu yarışda Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Qafqaz Universitetindən olan 9 tələbə ilə mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti