Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) sakinləri Gül bayramına dəvət edir. BŞİH-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, İcra Hakimiyyətinin paytaxt sakinlərinə ünvanladığı müraciətdə qeyd olunub ki, Gül bayramı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunub.
Bayram şənliyi mayın 10-da saat 11:00-dan 19:00-dək Heydər Əliyev adına sarayın qarşısındakı parkda keçiriləcək. Saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.
Bakı şəhər İcra Hakimiyyəti sakinləri Gül bayramına dəvət edir
BŞİH-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, İcra Hakimiyyətinin paytaxt sakinlərinə ünvanladığı müraciətdə qeyd olunub ki, Gül bayramı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunub.
