Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda təhsilin magistratura və doktorantura pilləsinə qəbul olmaq istəyən gənclərin hərbi xidmətdən azad olunması üçün təkliflər hazırlanıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
"Bu il ali məktəblərin magistratura və doktorantura pilləsinə qəbul olmaq istəyən gənclərin hərbi xidmətdən azad edilməsi mümkündür. Artıq komitədə bununla bağlı təkliflər hazırlanıb", - Hacıyev deyib.
Deputatın sözlərinə görə, elə də böyük miqdarda kontingentdən söhbət getmir.
"Söhbət doktorantura səviyyəsi üzrə 500, magistratura səviyyəsi üzrə 2000-2500 nəfərə yaxın gəncdən gedir", - Hacıyev deyib.
Azərbaycanda magistratura və doktoranturaya qəbul olmaq istəyən gənclərin hərbi xidmətdən azad olunması üçün təkliflər hazırlanıb