...

Azərbaycanın vergi xidməti əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb

Cəmiyyət Materials 7 May 2011 16:24 (UTC +04:00)
Vergilər Nazirliyində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat yarışının mayın 7-də bağlanış mərasimi keçirilib.
Azərbaycanın vergi xidməti əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir P.Həmidov/

Vergilər Nazirliyində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat yarışının mayın 7-də bağlanış mərasimi keçirilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, olimpiya sistemi üzrə keçirilən turnirə vergi orqanlarının bütün struktur bölmələrinin əməkdaşları iştirak edib. Yarış 4 həftə davam edib.

Turnirin qaliblərini təbrik edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, yarış vergi əməkdaşlarının güclü zehin tələb edən bu idman növündə bacarıqlarını nümayiş etdirməyə imkan yaradıb və bu kimi yarışlar gələcəkdə də təşkil ediləcəkdir.

Turnirin sonunda qaliblər mükafatlandırılıb. Tədbirə qatılan yeniyetmələr arasında dünya və Avropa çempionu, beynəlxalq qrossmeyster Eltac Səfərli yarış iştirakçıları ilə eyni zamanda oyun seansı keçirib.

Xəbər lenti

Xəbər lenti