...

Azərbaycanın fövqəladə hallar naziri çimərlik mövsümünün başlanması ilə əlaqədar əhaliyə müraciət edib

Cəmiyyət Materials 11 May 2011 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan fövqəladə hallar naziri çimərlik mövsümünün başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Trend-in məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov əhalini dənizin qadağan olunan yerlərində çimməməyə çağırıb.

Heydərov bildirib ki, 2005-ci ildən etibarən nazirlik tərəfindən fəaliyyətinə icazə verilmiş çimərliklərdə boğulma halı 95 faiz azalıb.

Onun sözlərinə görə, boğulma halları əsasən "çimmək qadağandır" nişanı olan yerlərdə qeydə alınır.

"Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti fəaliyyət göstərən yerlərdə boğulma halları demək olar ki, müşahidə olunmur", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti