...

Türkmənistanda ümummilli lider Heydər Əliyevin doğum günü qeyd olunub

Cəmiyyət Materials 11 May 2011 17:37 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü Türkmənistanda qeyd olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Türkmənistanda ümummilli lider Heydər Əliyevin doğum günü qeyd olunub

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü Türkmənistanda qeyd olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusunun həyat və fəaliyyətini əks etdirən materiallardan ibarət Heydər Əliyev güşəsini ziyarət ediblər.

Tədbir Azərbaycan himninin oxunması və ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Səfir Vəhdət Sultanzadə çıxış edərək Türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söz açıb. Səfir ulu öndərin dünya siyasətində xüsusi yerinin olduğunu, onun dünyanın müxtəlif güşələrində məskunlaşmış azərbaycanlıların birliyi naminə addımlar atdığını qeyd edib. Səfir bildirib ki, Heydər Əliyev hələ keçmiş sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxt ölkəni 15 ittifaq dövləti arasında qabaqcıl sıralardan birinə çıxarmağa nail olub.

Daha sonra səfir Sultanzadə vurğulayıb ki, 1993-cü ildə Azərbaycan dövlətçiliyi üçün təhlükə yarandığı bir vaxtda xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəlib.

"Onun xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan böyük uğurlara imza ata bildi. Bu gün onun müəyyən etdiyi yol Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - o deyib.

Səfir hazırda Azərbaycanda aparılan daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib.

Səfir Sultanzadə Türkmənistanda yaşayan azərbaycanlı müharibə veteranlarını da Qələbə günü münasibəti ilə təbrik edib, onlara faşizmlə mübarizədə göstərdikləri rəşadətlərinə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti