...

Azərbaycanın miqrasiya orqanlarına işə qəbulla bağlı imtahanın vaxtı müəyyənləşib

Cəmiyyət Materials 12 May 2011 16:41 (UTC +04:00)
Azərbaycanın miqrasiya orqanlarına işə qəbul olunmaq üçün sənəd verənlər mayın 22-də imtahan verəcəklər.
Azərbaycanın miqrasiya orqanlarına işə qəbulla bağlı imtahanın vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın miqrasiya orqanlarına işə qəbul olunmaq üçün sənəd verənlər mayın 22-də imtahan verəcəklər.

Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, işə qəbul üçün sənəd təqdim etmiş namizədlər "imtahana buraxılış vərəqəsi"ni əldə etmək üçün may ayının 19-u, 20-si (saat 09:00-dan 17:30-dək) və 21-i (saat 09:00-dan 12:00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatına müraciət edə bilərlər.

Miqrasiya orqanlarında qulluğa qəbulla bağlı növbəti müsabiqədə iştirak etmək üçün 535 vətəndaş ərizə ilə müraciət edib.

Namizədlərdən 7-si digər dövlət qurumlarında çalışdığından yalnız söhbət mərhələsində, qalan 528 nəfər isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək test imtahanlarında iştirak edəcəklər.

Test imtahanının nəticələrinə əsasən, müsabiqə şərtini ödəyən namizədlər söhbət mərhələsinə buraxılacaqlar.

Müsabiqədə iştirak edən namizədlərdən 114 nəfərini qadınlar, 421 nəfərini isə kişilər təşkil edir.

Müsabiqəyə Dövlət Miqrasiya Xidmətinin Aparatına, həmçinin struktura daxil olan digər qurumlara - Bakı və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, Şirvan, Yevlax, Xaçmaz və Lənkəran regional miqrasiya idarələrinə, Xidmətin Tibb müəssisəsinə məxsus vakant yerlər çıxarılıb.

DMX tərəfindən miqrasiya orqanlarında qulluğa qəbulla əlaqədar martın 1-dən aprelin 8-dək elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu aparılıb.

Xəbər lenti

Xəbər lenti