Azərbaycan, Bak, 15 may /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Xarici İşlər Nazirliyi Avroviziya-2012 müsabiqəsinin təşkili üçün onun üzərinə düşən vəzifələri yerinə yetirməyə və müvafiq işləri görməyə hazirdır.
"Bizi böyük və gərgin iş gözləyir. Azərbaycan növbəti müsabiqənin Bakıda keçirilməsi üçün böyük işlər həyata keçirməlidir. Azərbaycan XİN bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdı" bunu bazar günü Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.
Poluxov hesab edir ki, bu, Azərbaycanın böyük qələbəsidir və ölkə növbəti dəfə dünyada özünü tanıtdi və bir daha regionun lideri və formalaşmış,hər bir sahədə öz sözünü deməyə qadir olan ölkə kimi təsdiq etdi.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.