Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycanda may ayında Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.
Yol Patrul Xidmətinin əməkdaşları yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə BDYPİ rəhbərliyinin müvafiq əmrləri ilə cəzalandırılıblar.