...

Kosmosun öyrənilməsində Azərbaycanın böyük töhfəsi var - Rusiya səfiri (FOTO)

Cəmiyyət Materials 17 May 2011 15:48 (UTC +04:00)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 13:30-də yayılıb)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Tariverdiyeva/

Kosmosun öyrənilməsində Azərbaycanın böyük "komponenti" var və Bakıda keçirilən tədbir ümumilikdə kosmosun insan tərəfindən öyrənilməsi sahəsində görülən işləri tam ölçüdə və layiqincə qiymətləndirmək üçün yaxşı vasitədir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanın Milli Aviasiya Akademiyasında keçirilən görüşdə bildirib.

"Kosmosun öyrənilməsində Azərbaycanın böyük "komponenti" var: kosmos sahəsinə rəhbərlik edənlər arasında Baykonur Dövlət Komissiyasının sədri Kərim Kərimov kimi azərbaycanlılar var", - Doroxin deyib.

Azərbaycanda Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr edilən tədbirlər çərçivəsində 17-19 mayda Rusiya Qəhrəmanı, təyyarəçi-kosmonavt Sergey Treşev və Rusiya Federal Kosmik Agentliyin nümayəndələrindən ibarət nümayəndə heyəti ölkədə səfərdədir. Səfəri Rusiya səfirliyi və Müstəqil Dövlətlər Birliyinin İşləri üzrə Federal Agentliyin nümayəndələri təşkil ediblər.

Çərşənbə axşamı səfər çərçivəsində Milli Aviasiya Akademiyasında nümayəndə heyətinin ictimaiyyətlə görüşü keçirilib. Görüşdə Rusiyanın Azərbaycandakı səfiri, səfirliyin, AMEA-nın, Milli Aerokosmik Agentliyin, gənclər birliklərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Səfirin sözlərinə görə, Azərbaycan kosmik tfədqiqatların inkişafına diqqət ayıran, özünün elmi kosmik bazası olan ölkədir. Milli Aviasiya Akademiyasında hətta bu sahəni öyrənən ayrıca fakültə var.

"Hesab edirəm ki, bu, hakimiyyətin çox uzaqgörən və düzgün siyasətidir. Çünki Rusiya böyük ənənələrə malik kosmik ölkədir, burada iki ölkənin əməkdaşlığı üçün böyük sahə açılır", - diplomat bildirib.

Səfirin sözlərinə görə, bu görüş Azərbaycanla Rusiya arsında əməkdaşlığın mühüm elementi olacaq.

Rusiya Qəhrəmanı, kosmonavt Sergey Treşevin sözlərinə görə, bu il qeyri-adi ildir, çünki bu il insanın kosmosa ilk uçuşunun 50 illiyi qeyd olunur.

"Şadam ki, mənə bu hadisənin bayram edilməsi çərçivəsində sizin gözəl şəhərinizə və bu gözəl akademiyaya səfər etmək imkanı verildi. Mən tələbələr və müəllim heyəti ilə ünsiyyət qurmaq imkanına malikəm", - o deyib.

Mayın 18-19-da nümayəndə heyəti Azərbaycanın Şamaxı və Qəbələ şəhərlərinə səfər edəcəklər. Orada ictimaiyyətlə və məktəblilərlə görüşlər keçiriləcək, tematik fotosərgilər təşkil ediləcək və kosmos haqqında sənədli filmlər nümayiş olunacaq.

Azərbaycanın Milli Aviasiya Akademiyasının baş direktorunun birinci müavini Tofiq Süleymanov Rusiya nümayəndə heyətini salamlayıb. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra kosmos sahəsinin inkişafına yeni təkan verib və bu zaman Rusiya ilə əməkdaşlığa çalışıb.

Onun sözlərinə görə, akademiyada keçirilən tədbir kosmos sahəsində Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələlərinin bütün kompleksinin müzakirəsinə və ideyalar mübadiləsinə yeni təkan verəcək.

Tədbirdə Bakı Slavyan Universitetinin tələbələri də çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti