...

Azərbaycan və Gürcüstan seysmoloqları arasında əməkdaşlıq genişlənir

Cəmiyyət Materials 17 May 2011 16:25 (UTC +04:00)
Azərbaycan və Gürcüstan seysmoloqları birgə ekspedisiyada iştirak ediblər.
Azərbaycan və Gürcüstan seysmoloqları arasında əməkdaşlıq genişlənir

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Gürcüstan seysmoloqları birgə ekspedisiyada iştirak ediblər. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə məlumat verilib.

Mayın 16-17-də Bakıda Respublika Seysmoloji Xidmət Mərkəzi və Gürcüstanın İlya Çavçavadze adına Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzinin əməkdaşlarının iştirakı ilə birgə ekspedisiya işləri həyata keçirilib.

Ekspedisiya işlərində Gürcüstan tərəfdən Seysmik Monitorinq Mərkəzinin Seysmoloji və geofiziki şəbəkə departamentinin rəhbəri Georgi Basilaya və Seysmoloji və geofiziki şəbəkə qrupunun rəhbəri Georgi Bidzinaşvili iştirak ediblər.

Qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsini genişləndirmək üçün növbəti aylarda Gürcüstanda AMEA RSXM-in əməkdaşlarının iştirakı ilə belə ekspedisiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti