...

Azərbaycanın təklif etdiyi iki sənəd MDB Hökumət Başçıları Şurasının iclasında müzakirə ediləcək

Cəmiyyət Materials 17 May 2011 17:58 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının mayın 19-da keçiriləcək növbəti toplantısında Azərbaycan tərəfindən təklif olunmuş iki sənəd müzakirə ediləcək.
Azərbaycanın təklif etdiyi iki sənəd MDB Hökumət Başçıları Şurasının iclasında müzakirə ediləcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının mayın 19-da keçiriləcək növbəti toplantısında Azərbaycan tərəfindən təklif olunmuş iki sənəd müzakirə ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin sənədlər "MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı üzrə Konsepsiya" və konsepsiyanın həyata keçirilməsi məqsədilə hazırlanmış "2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri"dir.

Bu sənədlər artıq ekspertlər səviyyəsində razılaşdırılıb və MDB-nin Xarici İşlər Nazirləri Şurası tərəfindən bəyənilib.

Minskdə keçiriləcək iclasda Azərbaycanı məruzəçi qismində nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq əlaqələr və protokol sektorunun müdiri, MDB dövlətlərinin Mədəniyyət Siyasəti üzrə İşçi Qrupunun rəhbəri Rauf Paşayev təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti