...

Sürücülərə tibbi arayışın verilməsi qaydaları daha yaxşı xidmət göstərmək məqsədilə dəyişdirilib

Cəmiyyət Materials 18 May 2011 11:20 (UTC +04:00)
Bakı şəhərində sürücü və sürücülüyə namizədlərə tibbi arayışın verilməsi qaydalarının dəyişdirilməsində məqsəd yalnız əhaliyə daha yaxşı tibbi xidmətin göstərilməsini təmin etməkdir.Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.
Sürücülərə tibbi arayışın verilməsi qaydaları daha yaxşı xidmət göstərmək məqsədilə dəyişdirilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhərində sürücülərə və sürücülüyə namizədlərə tibbi arayışın verilməsi qaydalarının dəyişdirilməsində məqsəd yalnız əhaliyə daha yaxşı tibbi xidmətin göstərilməsini təmin etməkdir. Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, artıq bundan sonra sürücülər və sürücü olmaq istəyənlər tibbi arayış almaq üçün Bakı şəhəri Sürücülərin Tibbi Müayinə Mərkəzinə deyil, yerli poliklinikalara müraciət edəcəklər.

Yerli poliklinikalar arayışları əhaliyə pulsuz verəcəklər. Əvvəllər isə bunun üçün 30 manat rüsum ödənilirdi.

Nağıyev deyib ki, Bakı şəhəri Sürücülərin Tibbi Müayinə Mərkəzinin ləğvi nəzərdə tutulmayıb. Bu mərkəz bundan sonra tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərəcək.

Baş verən dəyişikliklə əlaqədar mərkəzdə ixtisarların aparılması da nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti