...

Bakıda uşaq və gənclər üçün yeni idman bazası açılıb

Cəmiyyət Materials 19 May 2011 15:40 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Təhsil Nazirliyinin (TN) birgə dəstəyi ilə Bakıda "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər İdman Məktəbinin yeni idman bazası açılıb.
Bakıda uşaq və gənclər üçün yeni idman bazası açılıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Təhsil Nazirliyinin (TN) birgə dəstəyi ilə Bakıda "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər İdman Məktəbinin yeni idman bazası açılıb. Trend-in məlumatına görə, bu münasibətlə çümə axşamı keçirilən tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, TN ilə birgə əməkdaşlıq nəticəsində artıq bir necə idman məktəbi açılıb. Həmin məktəblər nazirliyin balansına verilib.

Abdullayevin sözlərinə görə, yeni idman bazasından yaxınlıqda yerləşən iki orta məktəbin şagirdləri istifadə edə biləcək. Ümumilikdə yeni idman bazasında 800-dək məktəbli idmanla məşğul ola biləcək.

"AFFA bura lazım olan bütün avadanlıqları verib. Gələcəkdə top, forma ilə təchiz etmək və digər məsələlərdə də kömək göstərəcəyik. Təhsil Nazirliyi isə məktəblərdə uşaqların futbolla məşğul olmasına imkan yaradacaq", - Abdullayev deyib.

AFFA prezidenti onu da əlavə edib ki, dövlət başçısının təsdiqlədiyi "Milli futbolun inkişafına dair Dövlət Proqramı"nın əsas müddəalarından biri də uşaq futbolunun inkişaf etdirilməsidir.

"Biz artıq bu işi görməyə başlamışıq. 13-17 yaşlı uşaqların liqasını yaradırıq", - Abdullayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti