...

Azərbaycan Müəllimlər İnstitutunda UNESCO kafedrası açılacaq

Cəmiyyət Materials 19 May 2011 15:46 (UTC +04:00)
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) respublikada analoqu olmayan "Müəllim hazırlığında və pedagoji kadrların inkişafında İKT" UNESCO kafedrasının açılması nəzərdə tutulur.
Azərbaycan Müəllimlər İnstitutunda UNESCO kafedrası açılacaq

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) respublikada analoqu olmayan "Müəllim hazırlığında və pedagoji kadrların inkişafında İKT" UNESCO kafedrasının açılması nəzərdə tutulur.

İnstitutdan Trend-ə verilən məlumata görə, hazırda bununla bağlı UNESCO ilə müzakirələr aparılır.

Müvafiq layihəyə yaxın gələcəkdə UNESCO-nun baş ofisində baxılacaq.

AMİ Avropa Təlim Fondu ilə də yaxın gələcəkdə bir sıra birgə layihələr həyata keçirəcək.

Bu layihələr çərçivəsində təcrübə mübadiləsi, yerli mütəxəssislər üçün beynəlxalq təlimçilər tərəfindən treninqlərin təşkili və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur.

AMİ bu yaxınlarda MDB məkanında əlavə təhsil üzrə nüfuzlu ali təhsil ocaqları sayılan Rusiya Təhsil Akademiyasının Yaşlıların Təhsili İnstitutu, Belarusun Peşə Təhsili İnstitutu və Minsk Regional Təhsilin İnkişafı İnstitutu ilə təhsil sahəsində təcrübə mübadiləsi, birgə beynəlxalq tədbirlərin keçirilməsi və digər məsələləri əhatə edən qarşılıqlı əməkdaşlığa dair sazişlər imzalayıb.

Xəbər lenti

Xəbər lenti