...

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək

Cəmiyyət Materials 24 May 2011 11:41 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək.
Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək

Azərbaycan, Bakı, 24 may /Trend/

Sabah Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12 -17 dərəcə, gündüz 21-26 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 25-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti