...

Azərbaycanın QHT nümayəndələri Brüsseldə beynəlxalq tədbirdə iştirak edəcəklər

Cəmiyyət Materials 24 May 2011 12:58 (UTC +04:00)
Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatının nümayəndələri Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramınının Vətəndaş Cəmiyyəti Forumunun iclasında iştirak edəcək.
Azərbaycanın QHT nümayəndələri Brüsseldə beynəlxalq tədbirdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatının nümayəndələri Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramınının Vətəndaş Cəmiyyəti Forumunun iclasında iştirak edəcək.

Azərbaycan Hüquqşünasları Konfederasiyasından Trend-ə verilən məlumata görə, mayın 27-də Brüsseldə Avropa İttifaqının təşkilatçılığı ilə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun "Demokratiya, İnsan hüquqları, yaxşı idarəetmə və stabillik" adlı işçi qrupunun iclası keçiriləcək.

Keçiriləcək forumda Şərq Tərəfdaşlığı Proqramının iştirakçı dövlətlərindən olan Azərbaycan, Ukrayna, Moldova, Ermənistan və Belarus, Gürcüstanın Vətəndaş Cəmiyyəti Forumuna üzv olan QHT təmsilçiləri iştirak edəcək.

İclasda Avropa Qonşuluq siyasəti, sərhədlər və viza sistemlərinin sadələşdirilməsi, Avropa Qonşuluq siyasəti çərçivəsində vətəndaş cəmiyyəti imkanları, Sosial Komitənin məlumatı, Şərq Tərəfdaşlığında irəliləyiş: 6 ölkədən milli platformaların qısa hesabatları, gələcək planlar və təşəbbüslər müzakirə olunacaq.

Vətəndaş Cəmiyyəti Forumunun nailiyyətləri və gələcək planlar müzakirə olunduqdan sonra qrupun tövsiyələrinin qəbul olunması nəzərdə tutulur.

Beynəlxalq tədbirdə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasını Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi, Milli Platformanın İnsan Hüquqları üzrə koordinatoru Nadir Adilov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov, DEVAM-ın sədri Hacı İlqar İbrahimoğlu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və digərləri təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti