...

Həyəcan əsl futbol stadionunda olduğu kimi idi - turnirin qalibi (FOTO)

Cəmiyyət Materials 26 May 2011 13:20 (UTC +04:00)
Birlik kubokunun qalibləri ilə müsahibə
Həyəcan əsl futbol stadionunda olduğu kimi idi - turnirin qalibi (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

21-23 may tarixlərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu mini-futbol üzrə keçirilən Birlik kuboku haqqında daha çox məlumat əldə etmək üçün İnstitutun Yerlilər Şurasının KİV və PR şöbəsi yarışların baş hakimi A.V.Andreyevdən və qalib komandanın kapitanından öz təəsüratları haqqında danışmağı xahiş edib.

Kütləvi-idman işi üzrə bədən tərbiyyəsi kafedrası müdirinin müavini A.V.Andreyev:

- Keçirilmiş turniri Siz necə qiymətləndirə bilərsiniz?

- Turnir sayəsində MDBMİ-nin çoxlu sayda xarici və rus tələbələri öz güclərini mini-futbolda sınaya bilmişlər. İki gün ərzində İdman kompleksində 17 komanda "Ən yaxşı" adını qazanmaq uğrunda yarışmışlar. Turnir ilk dəfə yalnız MDBMİ tələbələrinin iştirakı ilə keçirilmişdir, mənim şəxsi fikrimcə bu, ədalətlidir.

- Komandaların göstərdiyi futbol səviyyəsindən razı qaldınızmı?

- Ümumiyyətlə, bəli. Bəzən futbol çox yaxşı səviyyədə olurdu. Təəsüf ki, bəzən komandalarda istək bacarıqdan daha çox olurdu və həyəcan özünü biruzə verirdi. Lakin qeyd etmək lazımdır ki, 1/8 finala yalnız ən yaxşı komandalar çıxdı.

- Sizin fikrinizcə turniri necə yaxşılaşdırmaq olar?

- Fikrimcə turniri tez keçirmək lazım idi. Bu il, bədən tərbiyyəsi və Yerlilər Şurası Həmkarlar İttifatı və məzunların assosiasiyası ilə birlikdə "Soçi Olimpiadasında 1000 gün qaldı" ümumrusiya aksiyasına həsr olunan millətlər konsertinin təşkilinə səylərini cəmləşdirdiyindən, turnir bir həftə sonra keçirilmişdir. Nəticədə zalda çox isti idi. Fikrimcə komandalara daha çox yerlilərin cəlb edilməsi yolu ilə getmək lazımdır. Düzdü futbol bu zaman bir az keyfiyyətini itirəcək, lakin hər şey ədalətli olacaq və MDBMİ keçirilən mini-futbola tələbələrin yeni nəsillərini cəlb etməyə imkan verəcəkdir. Bu mənada turnirdə ən balanslaşdırılmış komandalardan biri Azərbaycan komandası idi.

Həmçinin düşünürəm ki, turniri üç gün ərzində keçirmək lazımdır ki, komandalara daha çox oyun vaxtı verilsin. Seçmə turnir üçün altı dəqiqədən ibarət iki taym - bu azdır, ən azı on dəqiqə olmalıdır. Əgər biz "MDBMİ Birlik kuboku" yazısı ilə bir neçə komplekt geyim dəsti ala bilsək, çox yaxşı olardı, komandalar eyni formada oynayardılar. Bu turnirin estetik cazibədarlığını yaxşılaşdırmağa imkan verərdi. Əlbəttə, komandalar öz milli formasında və ya MDBMİ öz milli cəmiyyətlərinin formasında çıxışını biz dəstəkləyirik, Azərbaycan, Yəhudi, Serb və digər klublar məhz belə edir.

Bundan əlavə ən yaxşı azarkeşliyə görə komandalar üçün xüsusi mükafat təsis etmək yaxşı olardı. Komandaları barabanla dəstəkləmək, şuşə qabla tribunaya vurmaqdan daha yaxşıdır. Ümumiyyətlə istərdik ki, daha çox azarkeş öz komandalarının oyunununa baxmağa və sadəcə yaxşı futbol göstərəməyə və ölkəsinin adını ucaltmağa çalışan uşaqlara dəstək olmağa gəlsin. Bu MDBMİ futbol mədəniyyətini populyarlaşdırmağa kömək edəcəkdir.

Elvin Əhmədov, turnirdə birinci yer tutan Azərbaycan klubunun kapitanı:

- Öz rəqiblərinizi necə qiymətləndirirsiniz, və turnirdə olan futbol səviyyəsindən razısınızmı?

- Əlbəttə, bu il rəqiblər daha güclü idi, fikirləşirəm ki, mübarizə qızğın oldu və azarkeşlərin xoşuna gəldi.

- Hakimlərin işi və azarkeşlik səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

- Hər bir komanda kimi biz də heç də həmişə hakimlərin qərarları ilə razılaşmırdıq. Hardasa mübahisəli məqamlarda olurdu, məsələn, finalda. Lakin, ümumiyyətlə, hər şey əla keçdi, mən hakimlər briqadasında sərf etdikləri əməyə görə öz minnətdarlığımı bildirmək istəyirəm.

Azarkeşlik isə bu il ən yaxşı idi, finalda hamı buna əmin ola bilərdi. Həyəcan əsl futbol stadionunda olduğu kimi idi. Hamı qışqırırdı, şüarlar səsləndirirdi, komandalarını bacardığı qədər dəstəkləyirdi.

- Turnirin təşkilatçılığı Sizin xoşunuza gəldimi və onu necə yaxşılaşdırmaq olar?

- Hesab edirəm ki, turnirin təşkilatçıları keçən illərə nisbətən bu il hər şey daha yaxşı təşkil etmişlər. Universitetin rəhbərliyinə, Xarici tələbələrlə iş üzrə Dekanlığa və Yerlilər Şurasına özümünü göstərməə imkan verdiklərinə və belə bir turinir təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin məqbul sessiyası zamanı gəlməyə və bizi dəstəkləməyə vaxt tapan azarəkeşlərə minnətdarılığımı çatdırmaq istəyirəm.

Xəbər lenti

Xəbər lenti