...

Bakıda məktəblilər arasında "Vergilər" bilik müsabiqəsi keçirilib

Cəmiyyət Materials 27 May 2011 15:30 (UTC +04:00)
Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonu, 46 saylı orta məktəbdə keçirilən müsabiqədə Bakının 11 rayonunun şagirdləri iştirak edib.
Bakıda məktəblilər arasında "Vergilər" bilik müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Bakıda məktəblilər arasında "Vergilər" bilik müsabiqəsi keçirilib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonu, 46 saylı orta məktəbdə keçirilən müsabiqədə Bakının 11 rayonunun şagirdləri iştirak edib.

Müsabiqəyə 3 yaş qrupuna aid 3-5, 6-8 və 9-11-ci siniflərdə təhsil alan 66 şagird qatılıb.

Hər il ənənəvi olaraq Bakı şəhəri Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət İdarəsi tərəfindən keçirilən bilik müsabiqəsi "Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı" və "Vergilər" tədris vəsaitinin şagirdlər tərəfindən mənimsənilməsi səviyyəsini öyrənmək, həmçinin şagirdlərin bu fənn üzrə maraqlarını artırmaq məqsədi daşıyır.

Test imtahanı ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilib və müvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3-cü yerləri tutan şagirdlərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə Bakı şəhəri Vergilər Departamentinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti