Azərbaycan, Bakı, 31 may /Trend/
"Azərsun Holdinq" talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı holdinqdən bildirilib.
Aksiyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıblar. Aksiyada iştirak edən və ilk qan verən "Azərsun Holdinq"in idarə heyətinin sədri Abdulbari Gözəl aksiyanın əhəmiyyətindən danışaraq bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.
Qanvermə aksiyası zamanı qan verən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib. Qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.
Artıq 5 ildir ki, "Azərsun Holdinq" belə bir aksiya keçirir. Bu günə qədər "Azərsun Holdinq" əməkdaşları tərəfindən 1000 litrdən artıq qan mərkəzi qan bankına hədiyyə edilib.