...

Azərbaycanda dayanma-durma qaydalarını pozan sürücülər barəsində ciddi tənbeh tədbirləri görüləcək

Cəmiyyət Materials 31 May 2011 19:06 (UTC +04:00)
Azərbaycanda dayanma-durma qaydalarını pozan sürücülər barəsində ciddi tənbeh tədbirləri görüləcək
Azərbaycanda dayanma-durma qaydalarını pozan sürücülər barəsində ciddi tənbeh tədbirləri görüləcək

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanda dayanma-durma qaydalarını pozan sürücülər barəsində ciddi tənbeh tədbirləri görüləcək.

Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə təmir-tikinti işlərinin aparılması paytaxtın bəzi ərazilərində yolların nəqliyyat axınını buraxma qabiliyyətinə təsir edib. Digər tərəfdən dayanma-durma qaydalarını pozaraq avtomobillərini qadağan olunmuş yerlərdə saxlayan sürücülər həm şəhər sakinlərinin, həm də paytaxta gəlmiş qonaqların rahat və fasiləsiz hərəkətlərinə mane olmaqla tıxacların, eləcə də ləngimələrin əmələ gəlməsinə şərait yaradırlar.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumatda deyilir ki, belə halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi sürücülərdən xahiş edir ki, Bakı şəhərində nəqliyyatın sıxlığını nəzərə alaraq, əhalinin küçə və yollarda təhlükəsiz hərəkətinin təmin olunması üçün yol nişanlarının, eləcə də nişanlanma xətlərinin tələblərinə riayət etsinlər.

Əks təqdirdə bu qaydaları pozmuş fiziki və hüquqi şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi tənbeh tədbirləri görüləcək.

Xəbər lenti

Xəbər lenti