...

Bakıda yeni idman zalı istifadəyə verilib

Cəmiyyət Materials 1 İyun 2011 15:19 (UTC +04:00)
Çərşənbə günü Bakının Balaxanı qəsəbəsində yeni idman zalı istifadəyə verilib. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İdman zalı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı"na əsasən inşa edilib.
Bakıda yeni idman zalı istifadəyə verilib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Çərşənbə günü Bakının Balaxanı qəsəbəsində yeni idman zalı istifadəyə verilib. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İdman zalı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı"na əsasən inşa edilib.

Tikintisinə 2007-ci ilin yanvarında başlanılan zal üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 0,48 hektar torpaq sahəsi ayrılıb.

2 mərtəbəli idman zalı binasının ümumi ölçüsü 54m x 30m-dir.

Binanın I mərtəbəsində 42x30 metr ölçüdə universal idman zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, həkim otağı, 2 ədəd sanitar qovşağı var.

II mərtəbə isə dəhliz, məşqçi otağı, müdiriyyət otağı, işçi otağı və texniki otaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti