...

Bakıda aprelin 2-də keçirilən icazəsiz aksiya ilə bağlı bir qrup şəxsin istintaqı yekunlaşıb - prokuror müavini

Cəmiyyət Materials 13 İyun 2011 14:55 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar bir qrup şəxslə bağlı istintaq yekunlaşıb.
Bakıda aprelin 2-də keçirilən icazəsiz aksiya ilə bağlı bir qrup şəxsin istintaqı yekunlaşıb - prokuror müavini

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar bir qrup şəxslə bağlı istintaq yekunlaşıb.

Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev Trend-ə bildirib ki, Sahib Kərimov, Babək Hüseynov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilova istintaqın yekunlaşması barədə qərar elan olunub.

Həsənəliyev bildirib ki, həmin şəxslər və müdafiəçiləri istintaq materialları ilə tanış olandan sonra ittiham aktı baxılması üçün məhkəməyə göndəriləcək.

Prokurorun müavini məlum cinayət işi üzrə təqsirləndirilən digər şəxslərin işi üzrə istintaqın davam etdiyini bildirib.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 şəxs cinayət məsuliyyətinə cəlb ediliblər.

Qanunsuz aksiyanın keçirilməsinin təşkilində iştirak etmiş və cinayətdə fəallığı ilə seçilən digər şəxslərin də müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti