...

Ermənistanda yeni AES tikilərkən bir sıra iqtisadi problemlərin yaranması qaçılmazdır - ekspert

Cəmiyyət Materials 17 İyun 2011 09:00 (UTC +04:00)
Ermənistanda 2012-2013-cü illərə planlaşdırılan yeni AES-in tikintisində bir sıra iqtisadi problemlər yaranacaq. Rusiyalı mənbə, atom energetikası sahəsində 20 ildən çox işləyən ekspert-atomçu bu qənaətdədir.
Ermənistanda yeni AES tikilərkən bir sıra iqtisadi problemlərin yaranması qaçılmazdır - ekspert

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanda 2012-2013-cü illərə planlaşdırılan yeni AES-in tikintisində bir sıra iqtisadi problemlər yaranacaq. Rusiyalı mənbə, atom energetikası sahəsində 20 ildən çox işləyən ekspert-atomçu bu qənaətdədir.

"Ermənistan AES-in ikinci işləyən bloku 2016-cı ilədək bağlanmalıdır. "Böyük səkkizliy"in qərarına əsasən, yoxlamanın daha sərt standartları müəyyən edilməlidir. Bu isə sözsüz ki, Ermənistan AES-ə də aiddir və Rusiya G8-in qərarını dəstəkləyir", - Trend-ə ekspert bildirib.

"Bu qərar "Fukusima-1"də qəza baş verməmişdən əvvəl qəbul edilib. Onun birinci blokunun da xeyli yaşı olub", - o qeyd edib.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Bir neçə Avropa ölkəsi Yapnoyada baş verən atom böhranı fonunda nüvə energetikasında imtina etməklə bağlı plan qəbul ediblər. Yaponiyada martın 11-də dağıdıcı zəlzələdən və sunamidən sonra "Fukusima-1" AES-də miqyaslı qəza baş vermişdi.

"Lakin Yaponiyada "Fukusima" AES-də baş verən hadisələr Ermənistanın Ermənistan AES-də yeni atom blokunun tikintisi layihəsindən imtina etməyə səbəb ola bilməz", - İnterfaks-a müsahibəsində Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan deyib.

"Bu günə Ermənistanın yeni atom stansiyasının tikintisinə alternativi yoxdur. Əvvəllər olduğu kimi, tikintini 2012-ci ilin ikinci yarısı - 2013-ci ildə başlamaq planlaşdırılır", - o əlavə edib. Nazir ümid etdiyini bildirib ki, 2017-ci ilə yeni atom enerji bloku tikiləcək.

Bu arada, əvvəlcədən məlumat verildiyi kimi, aprelin sonunda Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinin sədri Aşot Martirosyan bildirmişdi ki, ölkədə yeni atom enerji blokunun tikintisi layihəsi müvəqqəti olaraq dondurulub. "Ermənistanda yeni AES-in tikintisi ilə bağlı bütün məsələlər müvəqqəti dondurulub", - o vurğulayıb.

Ekspertin sözlərinə görə, yeni AES-lərin tikintisi üçün təhlükəsizliyə dair tələblər də sərtləşdirilir.

Onun sözlərinə görə, Rusiyanın layihələşdirmə normaları dünyanın ən yükəsk standartlarına uyğundur. Əlbəttə ki, tikinti ilə bağlı qərar qəbul edilən zaman bütün lazımi prosedurlar yerinə yetirilməlidir və müsbət nəticə əldə olunmalıdır", - ekspert hesab edir.

"Güman edirəm ki, bu problem səmərəli həll edilə bilər, lakin iqtisadi problem var", - o vurğulayıb.

Mənbənin sözlərinə görə, enerji təchizatının etibarlılığı üçün AES-in iki blokunu tikmək lazımdır.

"Stansiyalar mütəmadi olaraq profilaktik təmirə və yanacaq doldurmaq üçün dayandırılır. Lakin 2,5 qiqavat güc Ermənistan üçün lap çoxdur. Ona perspektivdə müəyyənləşdirilmiş 1,5 qiqavat gücə yaxın bəs edər. Artıq elektrik enerjisindən istifadə imkanlarının hesablandığı barədə məlumat yoxdur", - o əlavə edib.

"Və əlbəttə ki, mümkün nüvə ziyanına görə kimin zəmanətçi qismində çıxış etməsi ilə bağlı məsələ açıq olaraq qalır", - ekspert deyib.

Xəbər lenti

Xəbər lenti