...

Avropa İttifaqının miqrasiya üzrə missiyası Azərbaycanda səfərdə olub

Cəmiyyət Materials 17 İyun 2011 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir А.Qasımova/

Avropa İttifaqının miqrasiya üzrə missiyası iyunun 16-17-də Azərbaycanda səfərdə olub. Missiya Zoltan Leko (Aİ-yə Macarıstandan sədrlik edən) və Rob Rozenburqun sədrliyi ilə 10 ekspertdən ibarətdir. Bu barədə cümə günü Trend-ə Aİ-nin Bakı ofisindən məlumat verilib.

Missiyanın səfərində məqsəd qanuni miqrasiyanın adekvat idarə olunması, effektiv profilaktika, qeyri-qanuni miqrasiya ilə mübarizə və miqrasiyanın inkişafına müsbət təsirin gücləndirilməsi üçün miqrasiya məsələləri üzrə Azərbaycan ilə dialoqun və əməkdaşlığın gələcək dərinləşdirilməsi olub.

"Biz hesab edirik ki, bu missiya miqrasiya sahəsində, o cümlədən ədliyyə və daxili işlər sahəsində Aİ və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün növbəti addımdır. Bu səfər viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə razılaşmalarla bağlı danışıqlara öz töhfəsini verəcək", - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

Səfər zamanı nümayəndə heyəti hökumət, beynəlxalq ictimaiyyətin nümayəndələri və miqrasiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb.

Xəbər lenti

Xəbər lenti