...

Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə qırıcı təyyarələr növbəti manevrlər ediblər

Cəmiyyət Materials 18 İyun 2011 10:16 (UTC +04:00)
Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə şənbə günü döyüş qırıcı təyyarələri planlaşdırılmış təlim məşqləri keçirib.
Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə qırıcı təyyarələr növbəti manevrlər ediblər

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə şənbə günü döyüş qırıcı təyyarələri planlaşdırılmış təlim məşqləri keçirib.

Trend-in məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər.

Bir neçə gün öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Mi-8 tipli 20-yə yaxın helikopteri Azadlıq Meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.

Qırıcı təyyarələr də manevrlər ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev öncə Trend-ə bildirib ki, Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri planlaşdırılmış təlim uçuşları keçirir.

Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti