...

Mətbuat Şurasının sədri beynəlxalq konfransa qatılacaq

Cəmiyyət Materials 21 İyun 2011 12:38 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda beynəlxalq konfransa qatılacaq.
Mətbuat Şurasının sədri beynəlxalq konfransa qatılacaq

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda beynəlxalq konfransa qatılacaq. Tədbir iynunun 23-25-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə MŞ-dən məlumat verilib.

Özbəkistan hökumətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Müstəqil Dövlətlər Birliyinin, eləcə də Avropanın media sahəsindəki nüfuzlu ekspertlərinin iştirakı nəzərdə tutulur.

Konfransda medianın demokratik islahatlardakı yeri və roluna nəzər salınacaq, kütləvi informasiya vasitələrinin müasir bazar münasibətlərinə qoşulması yolları, bu istiqamətdəki problemlər müzakirə olunacaq. Toplantıda həmçinin regionda KİV-in inkişafına dövlət dəstəyinin təminatı ətrafında da fikir mübadilələri aparılacaq.

Xəbər lenti

Xəbər lenti