...

Azərbaycan "Eurovision 2012"-yə gələcək qonaqlara xidmət göstərmək üçün kadr hazırlığına başlayıb

Cəmiyyət Materials 21 İyun 2011 17:50 (UTC +04:00)
"Eurovision 2012" musiqi yarışmasında iştirak etmək üçün Azərbaycana gələn qonaqların yerləşdirilməsi üçün hotellərlə yanaşı, Xəzər dənizindəki gəmilərdə yaradılan "full-hotel"lərdən də istifadə edilə bilər.
Azərbaycan "Eurovision 2012"-yə gələcək qonaqlara xidmət göstərmək üçün kadr hazırlığına başlayıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" musiqi yarışmasında iştirak etmək üçün Azərbaycana gələn qonaqların yerləşdirilməsi üçün hotellərlə yanaşı, Xəzər dənizindəki gəmilərdə yaradılan "full-hotel"lərdən də istifadə edilə bilər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədr müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, qonaqların yerləşdirilməsi üçün hazırda istifadə edilməyən yaraşıqlı binalardan da yararlanmaq olar. Bu binaları yüksək səviyyədə təmir etməklə onlardan "qonaq evi" kimi istifadə etmək olar.

"Qonaqların yerləşdirilməsində problem olmayacaq. Amma qonaqlara xidmət göstərmək üçün kadr hazırlığı aparılmalıdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və turizmlə məşğul olan digər qurumlar bu işlə indidən məşğuldular. Artıq bu işlərə başlanılıb. Azərbaycan qonaqları peşəkarcasına, dünya standartlarına uyğun qarşılamalı, xidmət göstərməlidir. "Turizm ili" ilə əlaqədar Azərbaycanda turizm sahəsi üzrə kadrların hazırlanması prosesi həyata keçirilir. Sadəcə, "Eurovision 2012"-nin Bakıda keçirilməsi ilə əlaqədar bu işlərə daha böyük diqqət göstərilir. 2012-ci ildə ölkəyə gələcək şəxslərin sayı "Eurovision"la əlaqədar çox olacaq. Bu baxımdan növbəti ili də Azərbaycanda "Turizm ili" adlandırmaq olar", - Ağakərimov deyib.

Xəbər lenti

Xəbər lenti