...

Sinoptiklər yağışlı və küləkli hava vəd edirlər

Cəmiyyət Materials 22 İyun 2011 11:42 (UTC +04:00)
Sabah Azərbaycanda yağış yağacaq və güclü külək əsəcək.
Sinoptiklər yağışlı və küləkli hava vəd edirlər

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Sabah Azərbaycanda yağış yağacaq və güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var. Güclü şimal küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 22-26 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyunun 23-də şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 14-18 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti