...

Azərbaycan Ordusunun gənc zabiti yol qəzasında ölüb

Cəmiyyət Materials 25 İyun 2011 15:13 (UTC +04:00)
Azərbaycan Ordusunun 25 yaşlı zabiti yol qəzasında ölüb.
Azərbaycan Ordusunun gənc zabiti yol qəzasında ölüb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun 25 yaşlı zabiti yol qəzasında ölüb.

Xəzər rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 25-nə keçən gecə Pirallahı adası ərazisində "Mersedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı 1986-cı il təvəllüdlü Məmmədov Famil Saday oğlu ağır bədən xəsarəti alıb, 3 saylı Sabunçu klinik xəstəxanasına aparılarkən yolda ölüb.

Məmmədov Neftçala rayon Hərbi Komissarlığından hərbi xidmətə çagırılıb. Müddətdən artıq hərbi qulluqçudur.

Xəbər lenti

Xəbər lenti