...

Azərbaycan boksçusu Avropa çempionatları tarixində qızıl medal qazanmış ən gənc idmançı olub

Cəmiyyət Materials 27 İyun 2011 11:44 (UTC +04:00)
Azərbaycan milli komandasının boksçusu Salman Əlizadə Avropa çempionatları tarixində qızıl medal qazanmış ən gənc idmançı kimi tarixə düşüb.
Azərbaycan boksçusu Avropa çempionatları tarixində qızıl medal qazanmış ən gənc idmançı olub

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycan milli komandasının boksçusu Salman Əlizadə Avropa çempionatları tarixində qızıl medal qazanmış ən gənc idmançı kimi tarixə düşüb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, qitə çempionatının finalında rusiyalı Belik Qalanovu məğlub edən həmyerlimiz 1993-cü il dekabrın 1-də anadan olub. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxarkən cəmi 17 yaşındaydı. İndiyədək böyüklər arasında qitə çempionatında bu yaşda qızıl medal əldə edən olmayıb.

Dünya Boks Federasiyasının (AİBA) rəsmi saytında da boksçumuzun yeni rekorda imza atdığı yazılıb.

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında final qarşılaşmasında rinqə çıxan Teymur Məmmədov da yarışı uğurla başa vurub.

Belə ki, 91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə bolqarıstanlı Tervel Pulevlə üz-üzə gəlib. İlk raundda 5:4 hesabı ilə qələbə qazanan boksçumuz növbəti hissədə Pulevi finala çıxmağına peşman edib - 15:7.

Son raund isə keçirilməyib. Buna səbəb rəqib boksçunun məşqçisinin rinqə ağ dəsmal atması olub. O, yetirməsinin Məmmədovun zərbələri qarşısında tab gətiməməsini görərək, döyüşün vaxtından əvvəl dayandırılmasını istəyib. Nəticədə Pulev üzərində inamlı qələbə qazanan Teymur Azərbaycan yığmasının aktivinə 2-ci qızıl medalı yazdırıb.

Beləliklə, Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan millimiz komanda hesabında Rusiyadan sonra 2-ci olub.

Xəbər lenti

Xəbər lenti