...

Azərbaycan MDB-nin 20 illiyinə həsr olunan dövlətlərarası sərgidə iştirak edəcək

Cəmiyyət Materials 28 İyun 2011 17:21 (UTC +04:00)
Bu gün Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan dövlətlərarası sərgi açılır.
Azərbaycan MDB-nin 20 illiyinə həsr olunan dövlətlərarası sərgidə iştirak edəcək

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Bu gün Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan dövlətlərarası sərgi açılır. Sərgidə MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 3-dək davam edəcək sərgidə 40-a yaxın Azərbaycan şirkətinin 250 çeşiddən çox məhsulları nümayiş olunacaq.

Azərbaycanın milli pavilyonunda sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, informasiya texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil edilib. Sərgi iştirakçılarına ölkəmizin iqtisadi uğurları barədə müxtəlif çap materialları paylanacaq.

Sərgi çərçivəsində keçiriləcək "Azərbaycan Milli Günü"ndə milli musiqimiz, beynəlxalq müsabiqələrdə qazanılmış uğurlar nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti