...

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 28 İyun 2011 19:18 (UTC +04:00)
İyunun 28-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

İyunun 28-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə bildiriblər ki, iclasda 6 iyun 2011-ci il tarixdə elan edilmiş "KİV-lərin 2011-ci ilin ikinci yarısı üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə təqdim edilən layihələr müzakirə edilib.

Məsələ ilə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlinin çıxışı dinlənilib. Səfərli müsabiqəyə redaksiyalar tərəfindən təqdim edilən 34 layihə barədə məlumat verib.

Müşahidə Şurasının üzvləri layihələrlə tanış olub, onları gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinin uyğunluğunu araşdıraraq təkliflər veriblər. Layihələrin maliyyələşdirilməsi üçün qəzetin dövriliyi, tirajı və yayım reytinqi nəzərə alınmaqla maliyyə vəsaitinin ayrılması barədə müvafiq qərar qəbul edilib.

İclasda cari məsələlər də müzakirə olunub.

2011-ci ilin ikinci yarısı üçün maliyyə yardımı alacaq KİV-lərin siyahısı:

"Yeni Azərbaycan" qəzeti - 40 000 manat
"Səs" qəzeti - 40 000 manat
"Kaspi" qəzeti - 40 000 manat
"Mövqe" qəzeti - 40 000 manat
"Yeni Musavat" qəzeti - 40 000 manat
"525-ci" qəzet - 40 000 manat
"Bakı-xəbər" qəzeti - 40 000 manat
"Həftə İçi" qəzeti - 30 000 manat
"Azadlıq" qəzeti - 30 000 manat
"Ədalət" qəzeti - 30 000 manat
"Olaylar" qəzeti - 30 000 manat
"Palitra" qəzeti - 30 000 manat
"Paritet" qəzeti - 30 000 manat
"Ayna-Zerkalo" qəzeti - 30 000 manat
"Xalq Cəbhəsi" qəzeti - 30 000 manat
"Şərq" qəzeti - 30 000 manat
"Futbol+Qol" qəzeti - 20 000 manat
"Paralel" qəzeti - 20 000 manat
"Ekspress" qəzeti - 20 000 manat
"Novoye Vremya" qəzeti - 10 000 manat
"Olimpiya Dünyası" qəzeti - 10 000 manat
"Üç nöqtə" qəzeti - 10 000 manat
"Bizim Yol" qəzeti - 10 000 manat
"Azernews" qəzeti - 6 000 manat
"Reytinq" qəzeti - 5 000 manat
"The Business Times" qəzeti - 5 000 manat
"Təhsil problemləri" qəzeti - 5 000 manat
"İqtisadiyyat" qəzeti - 5 000 manat
"Bütöv Azərbaycan" qəzeti - 5 000 manat

Xəbər lenti

Xəbər lenti