...

Azərbaycan MDB-nin yaranmasının 20 illiyinə həsr olunmuş tədbirlərdə təmsil olunur

Cəmiyyət Materials 30 İyun 2011 11:20 (UTC +04:00)
Azərbaycan Moskvada keçirilən XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi və konfransında təmsil olunur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycan MDB-nin yaranmasının 20 illiyinə həsr olunmuş tədbirlərdə təmsil olunur

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Moskvada keçirilən XI Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi və konfransında təmsil olunur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərginin Azərbaycan Milli Pavilyonunda Azərbaycan gənclər və idman sahəsinə dair məlumat-foto stendi, video çarxlar, çap və digər sərgi materialları ilə təmsil olunur.

Gənclər tədbirlərində isə Azərbaycan gənclər təşkilatlarının rəhbər və nümayəndələri məruzələrlə çıxış edirlər.

Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyinin yaranmasının 20 illiyinə həsr olunmuş "Gənc nəsil - sərhədsiz həyat" Gənclər Forumuna da start verilib.

MDB-nin 20 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə təmsil olunur.

Sərgi iyulun 3-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti