...

Azərbaycanın Elmin İnkişafı Fondu ilə Belarusun Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Cəmiyyət Materials 4 İyul 2011 10:49 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bunu Trend-ə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.
Azərbaycanın Elmin İnkişafı Fondu ilə Belarusun Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bunu Trend-ə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

Onun sözlərinə görə, sənəd Belarusun Baş nazirinin iyulun 8-də Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində imzalanacaq.

Sənəd əsasında tərəflərin ilin sonuna qədər birgə müsabiqələr elan etməsi, birgə tədbirlər keçirməsi nəzərdə tutulur.

Babayev deyib ki, sənədi imzalamaqda məqsəd Belarusla əməkdaşlığı inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti