...

Azərbaycanda süni mayalanma ilə bağlı qanunvericilik təkmilləşdirilə bilər

Cəmiyyət Materials 7 İyul 2011 12:19 (UTC +04:00)
Azərbaycanda süni mayalanma ilə bağlı qanunvericilik təkmilləşdirilə bilər.
Azərbaycanda süni mayalanma ilə bağlı qanunvericilik təkmilləşdirilə bilər

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda süni mayalanma ilə bağlı qanunvericilik təkmilləşdirilə bilər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, süni mayalandırma zamanı ikidən çox embrionun yerləşdirilməsinə qadağa qoyula bilər.

Azərbaycanda həkimlər bir sıra hallarda qadınlarda hamiləliyin baş vermə ehtimalını artırmaq üçün süni mayalanma zamanı 4-5 embrion yerləşdirirlər. Bu da bəzən eyni vaxtda 3, hətta 4 körpənin doğulması ilə nəticələnir.

Millət vəkili bildirib ki, ölkə qanunvericiliyində bu sahədə boşluqlar var.

"Təbii ki, ilk növbədə bu, valideynlərin arzusu ilə olur və çox vaxt onlar problemin birdəfəlik həll olunması üçün iki övlad istəyirlər. Lakin 3-4 övladın olması həm ana üçün əziyyət olur, həm də uşaqların ana bətnində və gələcək inkişafında böyük problemlər törədir", - millət vəkili bildirib.

O qeyd edib ki, süni mayalandırma zamanı hüceyrənin yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması qanunla tənzimlənməlidir.

Süni mayalanma zamanı ikidən çox embrionun yerləşdirilməməsi Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrindən biridir.

Azərbaycanda süni mayalanma məsələsinin də əks olunacağı "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti