...

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 7 İyul 2011 15:12 (UTC +04:00)
Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin rəhbərlik etdiyi cinayətkar dəstə üzvlərinin barəsindəki hökmdən verilən apelyasiya şikayəti və protesti üzrə hazırlıq iclası keçirilib.
Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin rəhbərlik etdiyi cinayətkar dəstə üzvlərinin barəsindəki hökmdən verilən apelyasiya şikayəti və protesti üzrə hazırlıq iclası keçirilib.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Şöhrət Quliyev və digər 12 nəfərin barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi iyulun 12-nə təyin olunub.

Təqsirləndirilənlər barələrindəki cəzanın yüngülləşdirilməsini, prokuror isə dəstə üzvlərinin cəzalarının ağırlaşdırılmasını istəyir.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub.

Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun cəza müddətləri keçdiyi üçün barələrindəki cinayət işinə xitam verilib.

Dəstə üzvləri 2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovu və Kamal Ələkbərovu qətlə yetirməkdə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti