...

Azərbaycanın iki minillik tarixi olan şəhərində arxeoloji qazıntılara başlanılıb

Cəmiyyət Materials 9 İyul 2011 13:28 (UTC +04:00)
Azərbaycanın Qəbələ şəhərində arxeoloji tədqiqatlara başlanılıb.
Azərbaycanın iki minillik tarixi olan şəhərində arxeoloji qazıntılara başlanılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Qəbələ şəhərində arxeoloji tədqiqatlara başlanılıb. Bu barədə Trend-ə şənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib.

Onun sözlərinə görə, Qəbələ şəhərinin Qala ərazisində aparılan arxeoloji tədqiqatlar Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılır.

"Qala ərazisi Qəbələnin ən uzun müddət yaşayış olan yeri sayılır. Eradan əvvəl I əsrdən başlayaraq bizim eranın XVIII əsrinə qədər həmin ərazidə yaşayış olub. Qəbələnin digər ərazilərində həyat nisbətən qısamüddətli olsa da, Qalada təxminən 2 min ilə qədər intensiv yaşayış olan şəhər olub", - Cəbiyev vurğulayıb.

Ekspedisiya rəhbəri araşdırmaların şəhərin tarixi ilə bağlı bu günə kimi elm üçün müəmmalı, sirli olan məsələlərə aydınlıq gətirməyə imkan yaradacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ekspedisiyanın heyətinə arxeoloqlar, tarixçilər, etnoqraflar və memarlar cəlb edilib.

Xəbər lenti

Xəbər lenti