...

Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti saxlanılıb

Cəmiyyət Materials 11 İyul 2011 11:59 (UTC +04:00)
Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Sədri Şener və Türkiyə Futbol Federasiyasının milli yığmaya görə məsul işçisi, idarə heyəti şurasının üzvü Levent Kızıl bu gün razılaşdırılmış matçın təşkili ilə bağlı iş üzrə saxlanılıblar.
Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti saxlanılıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Sədri Şener və Türkiyə Futbol Federasiyasının milli yığmaya görə məsul işçisi, idarə heyəti şurasının üzvü Levent Kızıl bu gün razılaşdırılmış matçın təşkili ilə bağlı iş üzrə saxlanılıblar. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV xəbər verir.

Ötən bazar razılaşdırılmış oyunlara görə işlə bağlı saxlanılan Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım elə həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Polis əməliyyatı ötən bazar səhər tezdən eyni vaxtda Türkiyənin 12 vilayətində, eləcə də İstanbulda və Ankarada aparılıb.

Türk telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "Fənərbağça"nın 3:1 hesabı ilə qalib gəldiyi razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV saxlanılanların sayının yaxın vaxtlarda arta biləcəyini istisna etmir. Hətta rəqəmlər açıqlanır - 150 nəfər. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləmir.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci iri əməliyyatdır. "Hürriyyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində aralarında Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduqları 55 nəfər gözaltına alınmışdı.

Xəbər lenti

Xəbər lenti