...

Azərbaycanın turizm obyektlərində aparılan monitorinqlər iyulun sonunadək tamamlanacaq - nazir

Cəmiyyət Materials 11 İyul 2011 11:40 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm obyektlərində apardığı monitorinqi iyulun sonunadək tamamlayacaq.
Azərbaycanın turizm obyektlərində aparılan monitorinqlər iyulun sonunadək tamamlanacaq - nazir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm obyektlərində apardığı monitorinqi iyulun sonunadək tamamlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə bazar ertəsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, hazırda monitorinq davam edir. "Monitorinq zamanı məlum oldu ki, şimal və cənub bölgəsindəki yerləşdirmə məntəqələrində qiymətlər ötən ilə nisbətən 15-20, bəzən 25 faizədək aşağı düşüb. Sevinirik ki, bu qiymət siyasəti Azərbaycanda daha çox təbəqələrə istirahət etməyə imkan verir", - Qarayev deyib.

O bildirib ki, monitorinq zamanı yerləşdirmə obyektlərində müəyyən nöqsanlar aşkarlanır, onların aradan qaldırılması üçün nazirlik tərəfindən səylər də göstərilir. Nazirin sözlərinə görə, sentyabrın ortalarına qədər davam edəcək turizm mövsümündə yerləşdirmə obyektlərində müşahidə edilən nöqsanları aradan qaldırmağa səy göstəriləcək.

Qarayev əlavə edib ki, beynəlxalq sərgilərin Azərbaycanda keçirilməsi ölkənin gerçəkliklərini dünyaya tanıtmağa, Azərbaycan haqqında məlumatları beynəlxalq arenaya çıxarmağa imkan verir.

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlər dövlət tərəfindən daim görülür, amma "Eurovision 2012" müsabiqəsinin ölkəmizdə keçirilməsi Azərbaycan üçün bir təkan olacaq", - Qarayev deyib.

Xəbər lenti

Xəbər lenti