...

Dünya Azərbaycanlıları Konqresində struktur dəyişikliyi olub

Cəmiyyət Materials 12 İyul 2011 17:49 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresində (DAK) struktur dəyişikliyi olub. Bu barədə çərşənbə axşamı Trend-ə DAK-ın mətbuat xidmətindən məlumat verilib.
Dünya Azərbaycanlıları Konqresində struktur dəyişikliyi olub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Dünya Azərbaycanlıları Konqresində (DAK) struktur dəyişikliyi olub. Bu barədə çərşənbə axşamı Trend-ə DAK-ın mətbuat xidmətindən məlumat verilib.

DAK həmsədrləri Sabir RüstəmxanlıFiridun Pərvizniya təşkilatın nizamnaməsini əsas tutaraq, Tahir Hacıyevin DAK-ın Rusiya Federasiyası üzrə nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıblar.

Bundan əlavə, DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya təşkilatın nizamnaməsini əsas tutaraq, konqresin işini gücləndirmək məqsədilə DAK-ın İcra Aparatının təşkil edilməsi və Oqtay Ağaəli oğlu Hümbətlinin həmin qurumun rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıblar.

Oqtay Hümbətli Azərbaycan Texniki Universitetinin müəllimidir. Uzun müddət Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olub. Bu ilin fevralından DAK-a üzv qəbul olunub.

Xəbər lenti

Xəbər lenti